Ölkəmizdə hələlik üçüncü doza peyvəndin tətbiq olunmasına ehtiyac yoxdur.
Eləcə də bax: 6 aydan sonra təkrar peyvənd vurulacaq? - TƏBİB-dən Açıqlama
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Rəşad Mahmudov deyib.
“Bu gün üçün dünyada üçüncü doza peyvəndi geniş tətbiq edən hər hansı ölkə olmadığı üçün bu haqda fikir ortaya qoymaq doğru olmaz. Amma istər səhiyyə ocaqlarımız, istər bu siyasəti həyata keçirən qurumlar, eləcə də operativ qərargah həm ölkəmizin, həm də dünyada var olan təcrübələrin, ən başda da ÜST-ün tövsiyələrinə uyğun şəkildə addım atır. Əminəm ki, gələcəkdə ehtiyac olduğu halda Azərbaycan səhiyyə sistemi də üçüncü doza məsələsini həyata keçirəcək. Amma bu gün üçün buna hər hansı ehtiyac duyulmamaqdadır”, - deyə o bildirib.
(Oxu.az)