“Dünyada son statistika heç də ürəkaçan deyil. Avropa ölkələrində yoluxma halları artır. Azərbaycandakı hazırkı vəziyyət isə bizi sevindirir”.
Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - Canlı Yayım
FED.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bugünkü vəziyyət arxayınlaşdırmamalıdır: “Bizdə mərhələylə yumşalma tədbirləri həyata keçirilir. Qarşıdan payız mövsümü gəlir. Qrip və ona bənzər xəstəliklərin sayı artır. Hazırkı qorunma digər xəstəliklərdən bizi qoruya bilər. Dövlət səviyyəsində mövsümü qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 1-2 ay ərzində bu vaksinlərin ölkəyə gətiriləcək”.