Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.
FED.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 55.9 faiz.
Abşeronda yoluxma 14. 9 faiz, Aranda 10.4 faiz, Gəncə-Qazaxda 6.5 faiz, Lənkəranda 4.1 faiz, Quba-Xaçmazda 2.4 faiz, Şəki-Zaqatalada 2.3 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.
Naxçıvanda yoluxma 0.09 faiz, ölkə xarici yoluxma isə 1.0 faiz təşkil edir.