Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
FED.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 49.9 faiz. Abşeronda yoluxma 13.7 faiz, Aranda 13.6 faiz , Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.8 faiz, Quba-Xaçmazda 3.8 faiz, Lənkəranda 2.6 faiz, Dağlıq Şirvanda 2.2 faiz, Yuxarı Qarabağda 1.7 faizdir.
Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.