Səhiyyə Nazirliyinin Kollegiyası Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktlar təsdiq edilməsi barədə qərar qəbul edib.
“Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası” - TƏSDİQLƏNİB
FED.az xəbər verir ki, qərara əsasən, “Məlumatlandırılmış razılıq ərizəsinin forması” təsdiq edilib.
“Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması”; “Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması”; “Meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydası” və “Meyit donordan götürülmüş orqanla bağlı aktın forması” təsdiq edilib.
Şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir:
- ürək;
- ağciyər (ürək-ağciyər kompleksi);
- böyrəklər;
- qaraciyər;
- mədəaltı vəz;
- mədə;
- bağırsaqlar;
- uşaqlıq;
- yuxarı və aşağı ətraflar;
- sümüklər;
- dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri;
- sümük iliyi;
- gözün buynuz qişası;
- kök hüceyrələri.
Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd edilməlidir.