Dünyanın ən izdihamlı şəhərlərindən biri olan, 24 saatlıq hərəkətin davam etdiyi Nyu-Yorkda koronavirus səbəbiylə restoran, bar, kinoteatr, konsert salonu, gecə klubları və kafe bağlandı.
Eləcə də bax: ABŞ fond bazarı çökdü – 1987-DƏN ƏN PİS GÖSTƏRİCİ
FED.az xəbər verir ki, Nyu-York şəhərinin meri Bill de Blasio, bazar günü bar, kafe və restoranların bu məkanlarda vaxt keçirmələrini qadağan edərkən yalnız yemək satmağa və evə xidmət etməyə davam edəcəyini söylədi.
Şəhər meri gecə klublarının, kinoteatrların, konsert salonlarının və kiçik teatr salonlarının bağlanmasını da əmr edib: "Bu, asan qərar deyildi. Buralar şəhərimizin ürəyi və ruhudur. Bu, Nyu Yorkdan olmağın bir hissəsidir ... Ancaq şəhərimiz əvvəllər görünməmiş bir təhlükə ilə üzləşir və müharibə məntiqi ilə hərəkət etməliyik."
Bələdiyyə sədrinin qərarı bazar ertəsi günü yayılacaq və çərşənbə axşamı Nyu Yorkdakı 50 mindən çox restoranın bağlanacağı gözlənilir. Milli Restroan Assosiasiyasının məlumatına görə, Nyu-Yorkdakı restoranların illik gəliri 51 milyard dollardır və orada 800 mindən çox işçi çalışır.
Amerikada bir çox bazarda rəflər boşdur, bir çox ştatın məktəbləri bağlanır və bir çox müəssisə müvəqqəti işləmədiyi üçün işsizlik riski çoxdur.
Bazar ertəsi günündən etibarən Nyu-Yorkda məktəblər də bağlanır. İlk mərhələdə virusun yayılması üçün lazımi tədbir görmədiyi üçün tənqid edilən ABŞ Prezidenti Donald Trump, Avropa ölkələri ilə səyahət qadağası və 50 adamın sıxlıq gətirəcəyi fəaliyyətlərin ləğvi kimi addımlar atıb.
Bundan başqa, ölkədəki 2000-dən çox laboratoriya sınaqlara hazırlaşır və 10 ştatda amerikalılar avtomobillərindən çıxmadan nümunə götürə və test edə bilərlər.