Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.
Eləcə də bax: Vəzifəli şəxs karantin qaydalarına əməl etməməsinə görə - İŞDƏN ÇIXARILDI
FED.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.
Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb:
"Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”. (Modern)