Azərbaycanda ilk koronavirusa yoluxma faktı təsdiqlənib.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmədov Modern.az-a açıqlamasında Azərbaycanda koronavirusa yoluxma faktını təsdiqləyib.
Eləcə də bax: Azərbaycanda koronavirusa ilk yoluxma halı - QEYDƏ ALINDI
O bildirib ki, rəsmi qurumlar tərəfindən bütün zəruri tədbilər görülür:
“Mütəmadi olaraq vətəndaşlara məlumatlar veriləcək”.
İ.Məmmədov bir az əvvəl Operativ Qərargahdan verilən təkzib xəbərinin yanlışlıq olduğunu deyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova faktı təsdiqləyib, insanlara diqqətli olmağı tövsiyə edib.