“Rusiya ilə Azərbaycan arasında əhalinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyası sahəsində əməkdaşlıqla bağlı müəyyən razılıq mövcuddur”.
Eləcə də bax: Lukaşenko: Minsk Bakıya “Sputnik-V” vaksinini - Tədarük Etməyə Hazırdır
FED.az xəbər verir ki, bunu Moskva müxbirinə açıqlamasında Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
Onun sözlərinə görə, iki ölkə arasında həm əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası, həm də koronaviruslu xəstələrin müalicəsi ilə bağlı razılıq var: “Mən ötən il Azərbaycanda olmuşdum. Biz Azərbaycandan olan dostlarımıza koronavirusun müalicəsi ilə bağlı metodoloji tövsiyələrimizi vermişik və mütəxəssislərimiz Azərbaycana gedərək orada koronaviruslu xəstələrin müalicəsində iştirak ediblər. Ona görə də, Azərbaycandan olan həmkarlarımızda münasibətlərimizi çox isti, dostcasına qiymətləndirirəm. Hesab edirəm ki, səhiyyə sahəsində iki ölkə arasındakı münasibətlər çox effektli inkişaf edir”.