Azərbaycanda həkimlərin əməkhaqqının artırılması ilə bağlı ümidlər var.
Azərbaycanda həkimlərə, klinikalara və tibb müəssisələrinə - NƏZARƏT BAŞLAYIR – YENİ QURUM YARADILDI
FED.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov məlumat verib.
"Ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə çatdırır. Xərclənən vəsaitlər hesabına əməkhaqqının artırılması real olur. Biz bunu artıq görürük".
O qeyd edib ki, nazirlik əməkhaqqının artırılmadığı sahələr üzrə artırılması istiqamətində addımlar atır:
"Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini almalıdır". (Report)