“Əgər dərman aylarla gömrükdə qalırsa, bu, həqiqətən ciddi problemdir”.
Nazir müavini dərmanların digər ölkələrlə müqayisədə baha olmasına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
O, ötən iclasda deputatlardan birinin gömrüklə əlaqədar məsələ qaldırdığını və xaricdən gətirilmiş dərmanların aylarla gömrükdə qalması ilə bağlı fikirlərinə toxunub.
R.İsmayılov xatırladıb ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydaları mövcuddur. Həmin qaydalara görə, idxal olunan dərmanlar 20 günədək müayinə olunmalı və ölkəyə idxalına icazə verilməlidir.
Nazir müavini bu barədə Dövlət Gömrük Komitəsi ilə müzakirələrin aparacağını vurğulayıb. O həmçinin dərmanların aylarla gömrükdə qalması ilə bağlı Səhiyyə Nazirliyində məlumat olmadığını qeyd edib. (Report)