İcbari tibbi sığorta sistemi ilə bağlı artıq 5-6 aydır ki Naxçıvan Muxtar Respublikasında pilot layihə həyata keçirilir.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, ölkədə icbari tibbi sığorta sistemi diqqət mərkəzində olub:
"Layihə Mingəçevir və Yevlax şəhərlərində həyata keçirilir. Layihənin nəticələri müsbətdir. Ümid edirəm ki, bu layihələr səhiyyə sisteminin maliyyələşdirilməsi üçün yeni optimal yolların tapılmasına xidmət edəcək".
Eləcə də bax: “İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi 2019-cu ildə gözlənilir”