Azərbaycanda yerli vətəndaşlara, eləcə də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramnda nəzərdə tutulub.
Arayışların verilməsinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsinnə başlanılacaq.
Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və artıq 2026-cı ildə sözügedən arayışlar ASAN Xidmət tərəfindən veriləcək.