Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
FED.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:
11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".
***
Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.
Eləcə də bax: “Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu - SİYAHI - ADLAR
FED.az xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.
Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə onlar qidadan zəhərlənib.
Fakt araşdırılır. (Apa)