Kartofun qonur çürüməsi və xərçəngi, kartof yumrularında halqavari bakterial çürümə, qızılı kartof nematodu, kartof gövdə nematodu kimi kartof bitkisinin təhlükəli zərərli orqanizmlərinin ölkə ərazisində mövcudluğunu müəyyən etmək və aşkarlandığı təqdirdə, yayılmasının qarşısını almaq məqsədi ilə kartofçuluq təsərrüfatlarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən monitorinqlər aparılır.
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Ümumilikdə, indiyə qədər 325 kartofçuluq təsərrüfatında monitorinq aparılıb və 398 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində 25 təsərrüfatda uyğunsuzluq aşkar olunub.
AQTA-dan bildirilir ki, hazırda kartofçuluq təsərrüfatlarında monitorinqlərin aparılması prosesi davam edir.