Amerikanın “Moderna” əczaçılıq şirkətinin istehsal etdiyi peyvəndin İngiltərədə kəşf edilmiş koronavirus mutasiyasına qarşı effektivliyi qiymətləndirilib və onun effektiv olduğu müəyyən edilib.
Eləcə də bax: Koronavirusun yeni növü yayılır - PEYVƏNDLƏR TƏSİR ETMƏYƏ BİLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Peyvəndin effektivliyini təsdiqləmək üçün əlavə sınaqlar keçirməyi planlaşdırırıq. Lakin Covid-19 ilə mübarizə aparmaq üçün yaradılan potensial neytrallaşdırıcı antikorların geniş spektri, peyvəndimizin yeni mutasiyalara qarşı effektiv olacağına inam verir”, – şirkət bildirib.
Xatırladaq ki, daha əvvəl İngiltərədə SARS-CoV-2 koronavirusunun yeni mutasiyası tapılmışdı. Ölkənin Yeni və İnkişaf etməkdə olan Tənəffüs Virusu Təhlükələri üzrə Məşvərət Şurası onun daha sürətli yayıldığını təsdiq etdi. Bu virusun Covid-19-la müqayisədə 70% daha çox yoluxucu olduğu məlum olsa da, onun ölüm və ya xəstəxanaya yerləşdirmə baxımından daha təhlükəli olması hələ müəyyən edilməyib.