Rusiya koronavirus əleyhinə peyvəndlərin istehsalı üçün Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır.
FED.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.
M.Mişustin qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır.
O deyib ki, Rusiya Federasiyası operativ şəkildə Azərbaycana xüsusi test sistemləri, tibb mütəxəssislərindən ibarət qruplar göndərib, mayda isə “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana göndərilib.
“Biz həmçinin sizinlə birlikdə Rusiya peyvəndinin istehsalını təşkil etməyə hazırıq”, - M.Mişustin deyib. (Report)