“AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
“Miras20-İM” MMC-nin istehlaka yararsız qida qatqısı - MƏHV EDİLİB
FED.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata əsasən, məhv edilmiş məhsullar 71 adda olub. Onların ümumi çəkisi 12.5 ton təşkil edib.
Qeyd edək ki, “AZ FP CO LTD” MMC bazarda “Milla” brendi ilə çıxış edir.