Dünyada meymunçiçəyi virusundan ilk ölüm qeydə alınıb.
FED.az xəbər verir ki, ilk ölüm hadisəsi Afrikada – Nigeriyada baş verib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, vəfat edən şəxsin 40 yaşı var və onda virusun əlamətləri vardı. Ölümün səbəbinə gəlincə, mərkəz bildirib ki, bu şəxs immuniteti azaldan dərmanlar qəbul edirmiş.
Ümumilikdə Nigeriyada 21 nəfər virusa yoluxan qeydə alınıb. Bundan əvvəl ölkədə meymunçiçəyi virusundan sonuncu ölüm 2019-cu ildə qeydə alınıb.