Dünyada yeni yayılmağa başlayan «meymun çiçəyi» virusu hələ bir neçə ölkədə aşkar edilsə də, artıq vaksin istehsal edən şirkətlərin səhmləri sürətlə bahalaşmağa başlayıb.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (12-16 avqust, 2024)
FED.az xəbər verir ki, avqustun 16-da Dünya Səhiyyə Təşkilatı Avrikada sürətlə yayılan meymunçiçəyi (Mpox) ilə bağlı fəövqəladə vəziyyət elan etdikdən sonra bütün dünyada tibbi və əczaçılıq şirkətlərinin səhmlərin sürətlə bahalaşıb.
Xüsusilə əczaçılıq şirkətlərinin səhmləri «Mpox» peyvəndinə tələbatın artacağının gözlənilməsi səbəbindən kəskin artıb.
Bunlardan biri Danimarkanın peyvənd istehsalçısı olan «Bavarian Nordic» şirkətidir. Bu şirkətin «Mpox»a qarşı olan «JYNNEOS», eləcə də «Imvanes» və «IMvamune» peyvəndləri ÜST tərəfindən təsdiqlənib. Nəticədə şirkətin səhmləri təkcə cümə günü 17% artıb.
«JYNNEOS» vaksini ABŞ tərəfindən «Mpox»a qarşı təsdiqlənmiş peyvəndlərdən biridir, eləcə də onu ÜST ekspertləri təsdiqləyib.
Səhiyyə təşkilatının fikrincə, «Mpox» böyük ehtimalla Avropaya da gəlib çıxacaq, çünki artıq dünyada onun yayılması gözlənilir. Amma əsas problem və narahatlıq «meymunçiçəyi»nin sürətlə yayıldığı Afrika ölkələrindədir, burada meymunçiçəyi həmişə olub, amma sonuncu yayılmadan sonra peyvəndə tələbat artıb. İndi məlum olub ki, meyiunçiçəyi vaksininin baha qiymətinə görə, (100 dollardan bi qədər aşağıdır) Afrika ölkələrinin onu əldə etməsi çətin olacaq.
Hərçənd bir qədər əvvəl «Bavarian Nordic» şirkəti elan edib ki, onun anbarlarında 300 min ədəd peyvənd var və artıq gələn ilin sonuna Afrika ölkələri üçün 10 milyonadək doza yeni vaksin istehsal edə biləcək.
Bu xəbərlərin fonunda, yuxarıda deyildiyi kimİ, «Bavarian Nordic»in səhmləri təkcə cümə günü 17%, ümumilikdə isə həftə ərzində 48%-ə yaxın bahalaşıb.
Hazırda şirkətin səhminin qiyməti 283 Danimarka kronudur. Bir ay əvvəl bu qiymət 180 kron idi, aprelin sonunda isə qiyümətlər cəmi 144 kron idi, başqa sözlə, cəmi 4 ayda şirkətin səhmləri ikiqat bahalaşıb.