Mərkəzi Gömrük Hospitalına yeni rəis (baş həkim) təyin olunub.
“PMD Group”un rəhbərliyinə - TƏYİNAT
FED.az xəbər verir ki, bununla bağlı martın 16-da müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev səhiyyə müəssisəsinin rəisi (baş həkim) təyin edilib.
Qeyd edək ki, B.Musayev 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. O, indiyədək bir çox yerlərdə müxtəlif vəzifələrdə çalışıb. (Report)