Bu gün Azərbaycanda ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var.
Orqan köçürülməsi üçün pul toplayanlarla bağlı - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, hazırda bu xəstəliklə əlaqədar 400-dən artıq növbədə olan şəxs var: "İkinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Belə ki, həmin şəxslərin sümük iliyi transplantasiyası əməliyyatına ehtiyacları var. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir”.
Y.Abbasova hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib. (Report)