“Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri demək olar, başa çatıb”.
Eləcə də bax: Bakıda 4 xəstəxana birləşdirilib - Yeni Tibb Mərkəzi Yaradılıb
FED.az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Mərkəz direktoru bildirib ki, struktur dəyişikliyinin mövcud iş rejiminə heç bir təsiri yoxdur: “Bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur. Sadəcə müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə, ixtisar yoxdur və gələcəkdə də olmayacaq”. (Report)