“Merano-Baku” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 1 980 kq müxtəlif növ qida məhsulları (dondurulmuş tərəvəz, xəmir və dəniz məhsulları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.