“Merano-Baku” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında ümumi çəkisi 1 410 kq müxtəlif növ qida məhsulları (dəniz məhsulları və dondurulmuş tərəvəzlər) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Buna səbəb isə həmin məhsulların istehlaka yararsız və istifadə müddətinin bitmiş olmasıdır.
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.