Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib: “Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”. (Teleqraf)