Koronavirusla əlaqədar iri ticarət mərkəzlərinin, marketlərin bağlanacağı, ərzaqların məhdud həcmdə verilməsi ilə bağlı məlumatlar yanlışdır. Market və apteklər öz rejimində işləyəcək.
Eləcə də bax: Azərbaycanda ticarət mərkəzlərində tətbiq olunacaq bəzi - QAYDALAR AÇIQLANDI
FED.az məlumat verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
O bildirib ki, koronavirusa görə tətbiq edilən qadağalara müvafiq dövlət orqanları nəzarət edəcəklər: "Vətəndaşlar özləri də qadağanı pozanlar barədə məlumatları müvafiq qurumlara ötürməlidirlər. Əsas odur ki, cəmiyyət anonimlərə inanmasın:
"Market və ticarət mərkəzlərində ərzağın məhdud şəkildə satılması məlumatları yalandır. Əvvəllər necə işləyiblərsə, elə də işləyirlər. Əsasən kafe və restoranlarda yoluxma ehtimalı olduğundan, bu obyektlər xüsusi rejimlə işləyəcəklər. Aptek və marketlər həmişəki qaydasında fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Trend