Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Liviya Dövlətinin Vadi əl Həyat dairəsində xırdabuynuzlu heyvanların çiçək, Əl Cifara və Az Zəviyyə dairələrində isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.
“Az-Granata” şərab evində istifadə müddəti bitmiş 12 adda qida məhsulu aşkarlanıb
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumata verilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Vadi əl Həyat dairəsində xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Əl Cifara və Az Zəviyyə dairələrində xəstəlik baş vermiş təsərrüfatın 50 kilometr radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.