Vətəndaşlara sosial xidmətin daha effektiv və operativ təşkil olunması üçün geniş şərait yaradıldığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzlərində “Check-up” müayinələrə başlanılacaq.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, müayinələr Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) peşəkar mütəxəssisləri tərəfindən aparılacaq.
6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək.
“Check-up” müayinələrin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.