Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Səhiyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, ölkəmizdə bu virus yayılmayıb.
ELƏCƏ DƏ BAX: Nəqliyyat və rabitədə problem olmayacaq – NAZİRLİKDƏN AÇIQLAMA
Səhiyyə Nazirliyi nəzərə çatdırır ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir: “Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.
Küləklə donuz qripi gələcək? – RƏSMİ
19:12
16 Yan 2019