Rusiya Federal Tibbi və Bioloji Agentliyi koronavirus infeksiyasının müalicəsi üçün dərman preparatını təqdim edib.
Eləcə də bax: Çindən gətirilən koronavirus testləri - KEYFİYYƏTSİZ ÇIXDI
FED.az TASS-a istinadən xəbər verir ki, bu, malyariyaya qarşı istifadə olunan “Mefloxin” dərmanıdır.
"Yüksək seçmə xüsusyyəti olan dərman, koronavirusun hüceyrəsində sitopatik təsiri bloklayır və onun yayılmasının (çoxalmasının) qarşısını alır. Eyni zamanda Meflokinin immunosupressiv təsiri virusun yaratdığı iltihab reaksiyasının aktivləşməsinə mane olur. Qan plazmasında və ağciyərlərdə antiviral maddələrin artan konsentrasiyasını təmin edir. Bu, müxtəlif çəki dərəcəsi olan xəstələrdə effektiv müalicəni təmin edəcəkdir", deyə Rusiya Federal Tibbi və Bioloji Agentliyinin rəhbəri Veranika Skvortsova bildirib.
Açıqlamada, həmçinin, koronavirusun qarşısının alınması üçün Meflokinə əsaslanan effektiv və təhlükəsiz bir müalicə sxemi hazırlamaq üçün səylərin davam etdiyi bildirildi.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 615 min nəfərə yaxındır, 28 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
"ena"