Dünyada koronavirusa yoluxanların sayı 1 milyon 917 min 239-a çatıb.
Eləcə də bax: Koronavirusa yoluxanların sayı - 2 MİLYONU KEÇDİ
FED.az xəbər verir ki, bu rəqəmin 1 milyon 177 min 542-si 5 ölkənin payına düşür.
Bunlar ardıcıl olaraq ABŞ, İspaniya, İtaliya, Fransa və Almaniyadır. Ən çox yoluxma isə ABŞ-dadır. 583 411 nəfərin koronavirusa yoluxduğu ölkədə 23 462 nəfər dünyasını dəyişib. 34 664 nəfər əvvəlki sağlamlığına qovuşub.
Koronavirusun ən çox yayıldığı ikinci ölkə İspaniyadır. 169 628 yoluxma, 17 628 ölüm, 64 727 sağalma.
İtaliyada da durum ürəkaçan deyil. İndiyədək sözügedən ölkədə 159 516 nəfər koronavirusa yoluxub, bunlardan 20 465 nəfəri Covid-19-un qurbanı olub, 35 435 nəfər isə müalicə olunaraq sağalıb.
Gün ərzində koronavirusdan 574 ölüm faktının qeydə alındığı Fransada indiyədək 136 779 yoluxma olub. Sağlamlığına qovuşanların sayı isə 27 718 nəfərdir. Covid-19-dan qeydə alınan ölüm sayı 14 967-ə bərabərdir.
Almaniyada isə sağalanların sayında irəliləyiş var. Belə ki, indiyədək Covid-19-a 128 208 nəfər yoluxub, onlardan 64 300-ü sağalıb. Vəfat edənlərin sayı 3043-dür.
Qeyd edək ki, koronavirusun "vətəni" Çində ilk günlərdə yoluxanların sayında sıçrayış olsa da, Asiya ölkəsində təhlükəli vəziyyət tədricən aradan qalxıb. Belə ki, indiyədək burada 82,160 nəfər Covid-19-a yoluxub, onlardan 77 663 nəfəri sağalıb, 3 341-i isə ölüb. Son sutkada 108 koronavirusa yoluxma faktı qeydə alındığı Çində 2 nəfər dünyasını dəyişib. Çin yoluxma faktına görə dünya ölkələrinin siyahısında 7-ci pillədədir.
Qafqazinfo