«Fujifilm»in istehsalı olan qrip əleyhinə dərmanlardan birinin koronavirus xəstələrinin sağalmasına kbömək etməsi barədə xəbərdən sonra şirkətin səhmləri 15% yüksəlib.
FED.az xəbər verir ki, «Favipiravir» kimi də tanınan «Avigan» preparatı, daha çox kameraları ilə tanının Fujifilmin əczaçılıq bölməsində istehsal olunur. Dərman 2014-cü ildə Yaponiyada istifadəyə verilib.
Favipiravir, koronavirus xəstələrinin sağalmasına kömək edir və heç bir yan təsir göstərməyib. Bu barədə Çinin Elm və Texnologiya Nazirliyinin rəsmisi Çjan Xinmin bildirib.
«Fujifilm» şirkətinin özü Çin hökumətinin açıqlamasına münasibət bildirməyib. «Fujifilm» Aviqanı yalnız Yaponiya hökumətindən sifariş aldıqda istehsal edir və dərman üçün satış hədəfi yoxdur»-deyə şirət nümaynədəsi bildirib.
Amma bu açıqlamadan sonra Fujifilm səhmləri 15%-dən çox bahalaşaraq 4,546 yendən 5,238 yenə (42,3 dollardan 48,7 dollara) yüksəlib.
Qeyd edək ki, adı çəkilən preparatdan 2016-cı ildə Evola virusundan müalicə üçün də istifadə edilib.