“Önəmli məsələlərdən biri də çarpayı fondunun hər ehtimal qarşı artırılması ilə bağlı atılacaq tədbirlərdir”.
FED.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, artıq 6 xəstəxana dövlət hesabına, 4 modul tipli xəstəxana özəl sektorun hesabına qurulacaqdır: “Artıq yerlər müəyyən edilib. Bizim əsas işimiz onların fəaliyyəti üçün tibbi heyətin hazırlanmasıdır. Bu istiqamətdə də sürətlə işlər davam etdirilir”.
Ramin Bayramlı onu da qeyd edib ki, xəstələri müalicə edəcək həkimlər üçün xüsusi şərait yaradıldı: “Bakı şəhərində 5 ulduzlu, regionlarda 4-5 ulduzlu otellər ayrıldı. Bununla da regionlarda çalışan tibb işçilərinin müvəqqəti yaşamaları, onların ailələrinin risklərdən mühafizəsi, rahat istirahətlərinin təşkili təmin edilmiş oldu”.