Prezident İlham Əliyev “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında 19 mart 2020-ci il tarixli fərmanına dəyişiklik edib.
FED.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Fondun fəaliyyət müddəti 1 il uzadılaraq gələn il dekabrın 31-nə qədər müəyyən edilib.