"Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ xərclənməyib. Çünki dövlətin ehtiyatı xərcləri ödəməyə yetərlidir. Növbəti həftə bununla bağlı İctimai Nəzarət Şurasının iclası olacaq".
Eləcə də bax: Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA
FED.az "report"a istinadən xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şura xərclərin hansı istiqamətə yönəlməsinə nəzarət edəcək.