Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 114 milyon manatı ötüb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu günə kimi fonda 114 072 570 manat vəsait köçürülüb.
Eləcə də bax: Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan - VƏSAİT AÇIQLANDI
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.