Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti uzadılıb.
Eləcə də bax: Koronavirus həkimlərinə - Müddətli Əlavələr Ödənilib
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə verilən müddətli əlavənin müddəti martın 31-dək uzadılıb.
.Qeyd edək ki, əvvəl bu müddət yanvarın 31-dək nəzərdə tutulmuşdu.