Sağlamlıq

Koronavirusla bağlı - SON STATİSTİKA

Koronavirusla bağlı - SON STATİSTİKA | FED.az
09:05 27 Aprel 2020

Aprelin 27-ə səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxan insanların ümumi sayı 2 milyon 995 min 056 təşkil edir.

Eləcə də bax: Azəbaycanda koronavirusla bağlı - SON VƏZİYYƏT AÇIQLANDI

FED.az xəbər verir ki, virusdan ölənlərin sayı 207 min nəfərə çatıb. 878 min997 nəfər isə sağalıb.

Yoluxma hallarına görə yenə ABŞ birincidir – burada 987 min 322 nəfərdə virus aşkarlanıb.

Xəstələrin sayına görə ikinci yerdə İspaniya (226 min 629 nəfər), üçüncü yerdə isə İtaliya (197 min 675 nəfər) gəlir.

Xatırladaq ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Modern

Digər xəbərlər

Banner