Sağlamlıq

Koronavirusla bağlı - SON STATİSTİKA

Koronavirusla bağlı - SON STATİSTİKA | FED.az
09:41 30 Mart 2020

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı hər ötən gün daha da artır.

FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09.00-a olan məlumata əsasən bu günə qədər 722,646 nəfərdə virus aşkarlanıb. Onlardan 33,983 nəfəri həyatını itirib, 151,793 nəfər isə sağalıb. Hazırda 536,870 xəstənin müalicəsi davam edir.

Eləcə də bax: Çində koronavirusa yoluxanların - 93%-İ SAĞALIB

Ötən gün ən çox yoluxma faktı ABŞ (18,469), İspaniya 6,875, İtaliya (5,217), Almaniya (4,740), İran (2,901) və Böyük Britaniyada (2,433) qeydə alınıb.

Koronavirusdan ən çox ölüm isə İspaniya (821), İtaliya (756), Fransa (292) və ABŞ-da (264) olub.

Pandemiyadan ən çox əziyyət çəkən ölkələr isə ABŞ, İtaliya, Çin, İspaniya, Almaniya, Fransa, İran, Böyük Britaniya, İsveçrə, Niderland, Belçika, Cənubi Koreya və Türkiyədir.

Bu günə qədər virusdan ən çox ölüm İtaliyada qeydə alınıb  - 10,779. İspaniyada 6,803, Çində 3,300, İranda 2,640, Fransada 2,606, ABŞ-da 2,484, Böyük Britaniyada isə 1,228 nəfər həyatını itirib.

Modern

Digər xəbərlər