Azərbaycanda bu gün koronavirus infeksiyasına 1734 yeni yoluxma faktı qeydə alınıb, 3378 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 472 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib. 32 319 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 780, bu günə qədər isə ümumilikdə 4 744 161 test icra olunub.