Banner

Sağlamlıq

Koronavirusa yoluxanların sayı 1,6 milyonu ötdü - ƏN SON RƏQƏMLƏR

Koronavirusa yoluxanların sayı 1,6 milyonu ötdü - ƏN SON RƏQƏMLƏR | FED.az
06:22 10 Aprel 2020

Dünyada 1 603 433 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 95 716 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 356 440 nəfərə çatıb. Hazırda 49 125 nəfərin vəziyyəti ağırdır.

FED.az “report”a (“Worldometers) istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb.

Burada 468 556 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 16 691 nəfərdir.

Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur - 153 222 yoluxma və 15 447 ölüm.

İtaliyada isə 143 626 nəfər yoluxub, 18 279 nəfər dünyasını dəyişib.

Almaniyada 118 235 yoluxma və 2 607 ölüm, Fransada 117 749 yoluxma və 12 210 ölüm, Böyük Britaniyada 65 077 yoluxma və 7 978 ölüm faktı qeydə alınıb.

Digər xəbərlər

Banner