Koronavirusdan sağalanların plazması yeni yoluxanların müalicəsi üçün faydasızdır.
FED.az xəbər verir ki, alimlərin bu qənaətinə həsr olunan məqalə Britaniya Tibbi Jurnalında (BMJ) dərc edilib.
Karantin qaydaları yenidən sərtləşdirildi, Operativ Qərargah vətəndaşlara müraciət etdi
Belə ki, bununla bağlı aprel-iyun aylarında eksperiment keçirilib. Eksperimentdə Hindistandan olan koronavirusa yoluxmuş 464 pasiyent iştirak edib. Onların yarısına əvvəllər koronavirus tutmuş adamların plazması daxil edilib, qalan hissənin müalicəsi isə adi qaydada aparılıb.
Məlum olub ki, qanın plazması COVID-19-un ağırlaşması və ya ölümlə nətimcələnməsinə təsir etmir. Bununla yanaşı, Britaniya səhiyyə nazirliyinin nümaynədələri bildirib ki, tədqiqat zamanı istifadə olunan plazmadakı antitellərin həcmi ənənəvi hallardakından 6-10 dəfə az olub.
Qeyd edək ki, infeksiyanın müalicəsi zamanı plazmadan istifadə edilməsi perspektivli üsul sayılır.