Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınmış, 705 nəfər müalicə olunaraq sağalmış, 8 nəfər vəfat etmişdi.
Azərbaycanda indiyədək ümumilikdə 228 975nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə sayı nəfərdir.
Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552 test aparılıb.