İspaniyada koronavirusa yoluxan daha bir Gürcüstan vətəndaşı ölüb.
FED.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.
Onun sözlərinə görə, dünyasını dəyişən şəxs onkoloji xəstəlikdən əziyyət çəkən gənc qadın olub.
Qeyd edək ki, bir neçə gün bündan öncə İspaniyada koronavirusa yoluxan 74 yaşlı Gürcüstan vətəndaşı da ölüb. O, xroniki xəstəlikdən əziyyət çəkib.