“Yeni koronavirusun nukleotid ardıcıllığı nəşr edildikdən sonra bu ölümcül virusa qarsı vaksin hazırlamaq işlərinə başladım. Virusun dünya ölkələrində, o cümlədən İranda, Azərbaycanla sərhəddə qeydə alınması məni narahat edir. Ona görə də hazırda bütün gücümü bu vaksinin hazırlanmasına cəlb eləmişəm”.
Eləcə də bax: “Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq” - TRAMP
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib.
O bildirib ki, tədqiqatlara bir neçə həftə əvvəl başlayıb: “Məqsədim koronavirusa qarşı zülal əsaslı (protein based) effektiv vaksin yaratmaqdır. Tədqiqatlar nəticəsində koronovirusa qarşı hədəf zülalları müəyyən edilib. Bu zülal antigenler yaşıl bitki yarpaqlarında sintez ediləcək”.
Apa