ABŞ-da klinik sınaq testlərinin ilk mərhələsi başa çatıb.
FED.az xəbər verir ki, ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksin iştirakçıların hamısında immunitetin yüksəlməsinə səbəb olub.
Eləcə də bax: ABŞ koronavirus vaksininin - İSTEHSALINA BAŞLADI
Bununla bağlı, “New England Journal of Medicine” jurnalında dərc olunub. Klinik sınaqlarda 18-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.
Nəticədə bütün iştirakçılarda virusa qarşı antitellər yaranıb. (Modern)