Dünyanın 41 dövlətində üç milyard insan bu və ya digər səviyyədə təcrid vəziyyətindədir.
FED.az məlumat verir ki, bu, “Sky News”un hesablamalarından sonra bəlli olub.
Eləcə də bax: Son bir sutkada koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI
Məlumata görə, 1,5 milyard insan sərt karantin vəziyyətindədir. Məsələn, İtaliyada və Avropanın bir sıra digər ölkələrində evdən çıxmaq cərimə ilə nəticələnir.
Bildirilir ki, 35 ölkədə martın sonuna qədər məktəblər bağlanıb. Bir sıra ölkələrdə kütləvi tədbirlər ləğv olunub.
Çində isə son həftə ərzində məhdudiyyət tədbirləri zəifləyib.
ABŞ-ın Con Hopkins Universitetinin son məlumatlarına görə, dünyanın 196 ölkəsində 480,4 min yoluxma halı qeydə alınıb. Yoluxanlardan 115,8 mini sağalıb, 21,5 mini ölüb.
Oxu