Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
FED.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 15-Ə ÇATDI
Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.
Məlumatda bildirilib ki, həmin insanlar İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar.
Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.
Report