Sağlamlıq

Koronavirus Rumıniyada da - TAPILDI

Koronavirus Rumıniyada da - TAPILDI | FED.az
16:03 26 Fev 2020

Rumıniyada koronavirus xəstəliyinə ilk yoluxma hadisəsi baş verib.

Eləcə də bax: Turistlər üçün koronavirus təhlükəsi olan ölkələr açıqlanıb - TOP-7

FED.az məlumat verir ki, virusa yoluxan vətəndaş 3 həftə əvvəl İtaliyanı ziyarət edib. Xəstə Buxarestdə yerləşən infeksion xəstəliklər üzrə tibbi mərkəzə yerləşdirilib.

Qeyd edək ki, İtaliyada 1,3 milyon rumın işləyir və yaşayır. Rumıniyaya İtaliyadan qayıdan vətəndaşların karantinə yerləşdirilməsi ölkədə etirazlarla qarşılanır.

Azərtac

Digər xəbərlər